23 Matching Annotations
  1. Oct 2022
    1. Habelə, cinayətin törədildiyi zaman tətbiq edilə bilən cəzadan ağır cəza verilə bilməz.

      Daniel Kahneman, Olivier Sibony və Cass R. Sunstein Noise adlı kitablarında əslində məhkəmə sistemində (və başqa yerlərdə) verilən qərarların nə qədər "küylü" olduğu haqda danışırlar. Məhkəmədə verilən qərarlar çox vaxt mövzu ilə əlaqəsiz faktorlardan əhəmiyyətli dərəcədə təsirlənə bilir.

    2. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

      Belə bir sənəddə təsbit olunan hüquqların qlobal tətbiqi üçün institutun olmaması problemlidir. Hüquq universal olacaqsa, o hüququ qoruyan institutlar da qlobal olmalıdır.

    3. (3) Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

      Bu maddədən 1940-ların iyi gəlir. Cəmiyyətin özəyi fərdlərdir! Ailə institutu insanların qruplaşmasının milyon yolundan sadəcə biridir.

    4. Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

      Sərbəst ifadə azadlığı anlayışı bu sənədin ən problemli yanlarından biridir. Nitq bir hərəkət, fəaliyyət növüdür. Belə də digər fəaliyyət növünün "maneəsiz" şəkildə həyata keçirilməsi nifrət nitqinin yayılmasına yol aça bilər. Hər halda internetli dünyada sərbəst ifadə azadlığı 1940-ların kağızlı dünyasından fərqli məsələdir.

    5. Hər bir insan, müəllifi olduğu elmi, ədəbi və bədii əsərlərin nəticəsi olan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna malikdir.

      Hazırkı müəllif hüquqları normaları bu hüquqları həddən artıq uzağa aparıb, müəllifin qohumlarına uzun müddət əvvəl vəfat etmiş adamın işlərindən mənfəət almağa icazə verəcək hala salıb. Bu isə işlərin paylaşılması, istifadəsi və dəyişdirilməsi üçün əngələ çevrilib. Bu maddə 21-ci əsrə gətirilməlidir.

    6. Maddə 22. Cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. Maddə 23. Hər bir insan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olunmaq hüququna malikdir. Hər bir insan, heç bir ayrıseçkiliyə məruz qalmadan, bərabər əməyə görə bərabər haqq almaq hüququna malikdir. İşləyən hər bir insan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edən, ədalətli və qənaətbəxş həcmdə zəruri hallarda isə digər sosial təminat vəsaitləri ona əlavə edilməklə haqq almaq hüququna malikdir. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir. Maddə 24. Hər bir insan, iş gününün səmərəli məhdudlaşdırılması və ödənilən vaxtaşırı məzuniyyət hüququ da daxil edilməklə istirahət və asudə vaxt hüququna malikdir. Maddə 25. Hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla, onun özünün və ailəsinin sağlamlığının və rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna və işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Maddə 26. Hər bir insan təhsil almaq hüququna malikdir. Təhsil ən azı ibtidai və ümumi səviyyələrdə pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Hamının texniki və peşə təhsili almaq imkanı olmalıdır və hər bir insanın qabiliyyəti əsasında hamının eyni dərəcədə ali təhsil almaq imkanı olmalıdır. (2)Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa yardımçı olmalı və Birləşmiş Millətlər Təşkilatının sülhün qorunub saxlanması ilə bağlı fəaliyyətinə kömək göstərməlidir. Valideynlər öz kiçik yaşlı uşaqları üçün təhsil növlərini seçməkdə prioritet hüquqa malikdirlər. Maddə 27. Hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən həzz almaq, elmi tərəqqidə iştirak etmək və onun nemətlərindən istifadə etmək hüququna malikdir. Hər bir insan, müəllifi olduğu elmi, ədəbi və bədii əsərlərin nəticəsi olan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna malikdir.

      Maddə 22-26 rifah dövləti anlayışının əsas prisiplərini ortaya qoyur. Təhsil, səhiyyə, sosial müdafiə və s. məsələlər bu gün siyasi müzakirə mövzusu olsa da, bu şeyləri haqq olaraq təsbit edən bəyənnaməyə görə müzakirə mövzusu deyil.

    7. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

      Bu maddədə sadalanan azadlıqlar bir sıra kapitalist ölkələrdə aktiv şəkildə tapdanır. Eyni ölkələr başqa ölkələrə insan hüquqlarını əsas götürərək hücum edirlər.

    8. Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır; bu iradə, vaxtaşırı və saxtalaşdırılmadan, ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə və yaxud səsvermə azadlığını təmin edən digər eynimənalı formalar vasitəsilə keçirilən seçkilərdə öz əksini tapmalıdır.

      Səsvermə "xalqın iradəsini" hakimiyyətə çatdırmağın vacib yollarından biri olsa da, yeganə yolu deyil. Siyasi təmsilçiliyi səsverməyə endirmək 20-ci əsrə xas olan bir refleks olsa da, 21-ci əsrdə siyasi təmsilçiliyin yeni yollarını tapmaq üçün imkanlar var.

  2. Sep 2021
    1. Əslində, həmin şirkətlər üçün də market olunmuş dərmanın qadınlarda və etnik azlıqlarda pis təsirlərinin kliniki sınaqlardan sonrakı marketinq mərhələsində tapılması, həmin dərman üçün sonradan qanuni öhdəliklər və daha da böyük xərclər vəd edirdi.

      Dərman inkişafı kimi proseslərdə sürət-dəqiqlik ziddiyəti var (speed-accuracy trade-off): ortalama insanı hansısa formada təmsil edib, dərmanı sürətli bir formada amma daha çox yan təsirlərlə və s. inkişaf etdirə bilərsən; alternativ olaraq hamını nəzərə alıb uzun müddət ərzində amma daha dəqiq inkişaf etdirə bilərsən (bunun ekstrim forması fərdiləşdirilmiş tibbdir). Burada hər iki seçim üçün etik arqumentlər etmək olar. Dərman inkişafı prosesi səmərəliləşdikcə fərdiləşdirilmiş dərmanlar istiqamətində getmək əlbəttə ən doğru olandır, amma ora çatana qədər fərqli qrupların təmsil olunmasında həmişə müəyyən qədər abstraksiya tələb olunacaq.

  3. Aug 2019
    1. F = ma qüvvənin obyektə necə təsir etdiyini izah edir, bu təsirin baş vermə səbəblərini yox. Təkamül nəzəriyyəsi (orijinal adı ilə desək, təbii seçmə nəzəriyyəsi) isə təbiətdə müşahidə olunan fenomenlərin səbəb mexanizmlərini açıqlayır.

      Bu paraqrafı bir az genişlətmək lazımdır. Bir düsturun təsvir etmə funksiyası ilə səbəb-nəticə əlaqəsini açıqlaması arasında nə fərq var tam olaraq? Nəticədə təbii seçmənin də riyazi modelləri var, onu da riyazi şəkildə formallaşdırmaq mümkündür (F=ma-dan daha qəlizdir, amma fərqli riyazi modellər hazırlayırlar adamlar. Burdan baxa bilərsən çox dərinə getmədən: https://www.quantamagazine.org/mathematics-shows-how-to-ensure-evolution-20180626/).

    2. Terminologiya ilə başını ağrıtmaq istəməyənlər

      elmi spektr terminologiya ilə başını ağrıtmaq istəyənlər üçündür!

    3. qanunlar və nəzəriyyələr arasında səviyyə yox, kateqoriya fərqi var.

      bu zor söhbətdi!

    4. Çağdaş təkamül nəzəriyyəsi Darvininkindən xeyli fərqlənir. 20-ci əsrin əvvəllərində Mendel genetikası və Darvinizmin birləşməsi ilə “modern sintez” ortaya çıxdı. Bu nailiyyətin arxasında Dobrjanski, Fisher, Huxley kimi elm adamları dururdu, Darvin yox.

      Çağdaş təkamül nəzəriyyəsi Darwininkindən necə fərqlənir? Sadaladığın adamların əsas töhfələri nə olub məsələyə? Modern sintez tam olaraq nədir? Bütün bunları açmaq lazımdır ictimaiyyət üçün yazılmış məqalədə, çünki bu şəkildə ancaq naməlum elmi səslənən şeylər və adam adları kimi gəlir adi oxucuya.

    5. üzərindən keçdiyimiz çox məqam var.

      Məncə miflər onların tarixçəsini öyrənmək üçün yaxşı bəhanədirlər. Ona görə, məncə bu paraqrafı genişlədib ideyanın necə yarandığını, fərqli dövrlərdə hansı forma aldığını, Darwinə qədər necə inkişaf etdiyini açsan çox əla olar.

    6. təkzib olunsa

      Lamarck sonradan təkzib olunmayıb, bu düzgün fikir deyil. Epigenetika sahəsi əslində Lamarckian mexanizmləri araşdırır.

    7. naturalistlər

      təbiətşünaslar

    8. 19-cu əsrə qədər təkamül Dekart, Leybniz, Herber və hətta Darvinin babası Erasmus kimi bir çox intellektual tərəfindən müxtəlif formalarda müzakirə edilmişdi.

      Bu özü-özlüyündə çox maraqlı bir-iki paraqrafın mövzusudur. Əgər vaxtın varsa adlarını çəkdiyin adamların işlərində təkamül söhbəti necə keçib (yaxşı olardı ki, birbaşa sitat gətirərdin hansısa əsərlərindən) onu araşdırıb bunu bir paraqrafa çevirərdin. Çox maraqlı tarixi yazı olardı bu detalları genişləndirsən.

    9. Söhbət dünyanın yaranması ilə bağlı miflərdən getmir (bunların tarixi daha qədimə dayansa da mövzumuzla bir o qədər də əlaqəli deyil). Təkamül fikrinin elmi müstəvidə ilk təhlili Empedokla aid edilir. O, ibtidai formada da olsa, insanlar da daxil olmaqla bütün canlıların mənşəyini izah etməyə çalışır.

      Bunu bir az araşdırıb inkişaf etdirsən çox yaxşı olar. Məsələn, Empedokl özü nə yazıb, onun yazdıqları haqda hardan/kimdən öyrənirik, və s.

    10. Darvindən

      Orijinalı latın əlifbası ilə yazılan adları olduğu kimi yazırıq, yəni Darvin yox Darwin. Amma adın orijinalı başqa əlifbada yazılıbsa bunu transliterasiya edirik, məsələn, Puşkin.

    11. İntihab

      intibah

    12. Xristian təməlləri sərt tənqidə məruz qaldı

      Əslində 19-cu əsrə qədər daha yumşaq baş verirdi proses.

  4. Feb 2019
    1. Yet, Lysenkoism is first of all a method of inserting ideology into scientific discussions. This is true for historical Lysenkoism, which appealed to Marxism-Leninism to prove Mendelian genetics wrong.

      Isn't it true also for Neo-Darwinists who disguise themselves with a fake objectivity while providing a full support for the existing world-order, and not acknowledging any potential bias they (may) have? If it's the pigheadedness that's criticized there, why isn't it framed as such? Propaganda side of biology cannot be dismissed that easily as in, say, physics, simply because biology deals with higher-level constructs that are more familiar and hence, more relevant for day-to-day life of an ordinary human being. ==> see Biology as ideology by Richard Lewontin

    2. Despite the fact that some environmentally induced changes are heritable, these effects are not stable [30Becker C. Weigel D. Epigenetic variation: origin and transgenerational inheritance.Curr. Opin. Plant Biol. 2012; 15: 562-567Crossref PubMed Scopus (62) Google Scholar]. Specifically, it has been shown that in large populations of Arabidopsis most ‘epi-mutations’ are labile — after only a few generations, these base-pair methylations revert to their original state. Hence, epigenetic modifications in plants are of very limited significance for evolutionary processes. Accordingly, neo-Lamarckian (including Lysenkoist) concepts have been experimentally refuted by these trans-generational epigenetic analyses [30Becker C. Weigel D. Epigenetic variation: origin and transgenerational inheritance.Curr. Opin. Plant Biol. 2012; 15: 562-567Crossref PubMed Scopus (62) Google Scholar].

      Just one citation and that to an opinion article? Interesting...